Previous Next
Bağla

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

02-05-2024 16:04
“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

 Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən növbəti layihənin icrasına başlanılıb.

 Belə ki, “Koroğlu” metrostansiyasının cənub çıxışında nəqliyyat mübadilə məntəqəsinin yaradılması ilə bağlı AYNA tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.

 Sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün icrasına başlanılan layihəni zəruri edən bir neçə amil var. Aparılan təhlillər göstərir ki, hazırda Bakıətrafı kənd və qəsəbələrə getmək istəyən sərnişinlər “Koroğlu” metrostansiyasının şimal çıxışında yerləşən mövcud avtobus dayanacaq məntəqəsinə çatmaq üçün 5-8 dəqiqə vaxt sərf edir. Bu da sərnişinlər üçün əlavə vaxt itkisidir. Eyni zamanda metrostansiyanın qarşısında şəxsi maşınlarla sərnişin daşınır ki, bu da nəqliyyat sıxlığı yaradır.

 Bütün bunları nəzərə alaraq, sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb.

 Beləliklə, görüləcək işlər çərçivəsində:

 -        metrostansiyasının cənub çıxışında (Milli Gimnastika Arenasının qarşısı) dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılacaq;

-        minik avtomobilləri üçün “park and ride” tipli parklanma yerləri təşkil ediləcək;

-        taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın duracaq yaradılacaq;

-        elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri quraşdırılacaq.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

29-03-2024

“Map AYNA” sistemi yenilənib

27-05-2025

"E-taksi" yaradılıb, kartı olmayanlar cərimələnəcək

08-04-2024

Bakıda taksilərə GPS qurğusunun quraşdırılması məcburiləşdirilib

07-03-2019

AYNA tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

17-05-2024

Bakı metrosu fəaliyyət göstərməyəcək

04-07-2018

Nəqliyyatda mobillik həlli tətbiqi istifadəyə verilib

05-12-2025

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

16-10-2023

Taksi nəqliyyat vasitələrinə elektron formada müvafiq icazə veriləcək

20-02-2024

AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

09-05-2025

Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

01-04-2019

Avtobuslar sərnişinləri pulsuz daşıyır

04-07-2018

Niderlandda sürücüsüz şəhərətrafı avtobusdan istifadə olunur

03-02-2016

Bakı Nəqliyyat Agentliyinin mobil əlavəsi hazırlanır

26-09-2019

Bakı şəhərinə ilk elektrik mühərrikli avtobus gətirilib-FOTO

19-04-2023

Nəqliyyat sahəsinə həsr olunmuş mətbuat konfransı keçirilib

10-01-2025

Metro və avtobuslarda gedişhaqqı artırıldı

31-07-2018

AYNA tərəfindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

10-10-2024

Bakı Cənub Avtostansiyası fevral ayında tam istifadəyə veriləcək

08-01-2019

Avtobus və metroda sərnişindaşıma üzrə yeni tariflər təsdiqlənib

29-09-2025

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024

"Azərbaycanda sərnişindaşıma sahəsi üçün yeni elektron tətbiqlər hazırlanır"

20-06-2023

Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

19-02-2026

Mingəçevir – Xocalı – Xankəndi – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

07-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə